!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Vəfat etmiş, yaxud da artıq digər partiyanın üzvü olan şəxsin adı məlumat bazasında...” – Pənah Hüseyn

!Reklam – Yazi

“Siyahı üzərində işlər davam etdirilir və konkret tarixdə sənədlərimiz təkrar nazirliyə göndəriləcək”.

Bu fikirləri siyasi partiyaların təkrar qeydiyyat prosesinin gedişi haqda danışan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda partiya üzvlərinin ümumi siyahısında düzəlişlər üzərində işlər davam edir:

“Ədliyyə Nazirliyi bizim qeydiyyat üçün təqdim etdiyimiz sənədləri düzəlişlər edilməli olan qeydlərlə birlikdə geri qaytarıb. Çatışmazlıqları aradan qaldırıb sənədlərimizi sentyabrın 4-nə kimi yenidən nazirliyə təqdim etməliyik. Yəqin ki, ayın 2-də göndərəcəyik, hələ vaxtımız var.

Hazırda həyata keçirilməli olan düzəlişlər üzərində işlər davam edir. Yaradılmış müvafiq işçi qrupu bu istiqamətdə fəaliyyət göstərir. Deyim ki, həqiqətən də müəyyən texniki xarakterli çatışmazlıqlar var.

Bəzi hallarda vəfat etmiş şəxsin adı üzvlər siyahısından çıxarılmayıb, yaxud da artıq digər partiyanın üzvü olan şəxsin adı ümumi məlumat bazasında qalıb və sair bunun kimi hallara yol verilib. Onların sayı çox olmasa da, bu məsələlər dəqiqləşdirilir.

Eyni zamanda, üzvlərin adlarının mexaniki şəkildə təkrarlanması və bəzi şəxslərin üzvlükdən imtina hallarını da qeyd edə bilərəm. Yenə deyirəm, siyahı üzərində işlər davam etdirilir və konkret tarixdə sənədlərimiz təkrar nazirliyə göndəriləcək”.

A.Zeynalov

www.yenicag.az

344
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv