Vəkili Nüsrət Kəsəmənlinin oğluna bəraət istəyib
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Araz Kəsəmənlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prosesdə A. Kəsəmənlinin vəkili çıxış edərək müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib. Daha sonra çıxış üçün söz A. Kəsəmənliyə verilib. A. Kəsəmənli çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.
Proses mayın 7-də davam etdiriləcək.
Qeyd edək ki, ötən proses zamanı dövlət ittihamçısı çıxış edərək A. Kəsəmənlinin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, Araz Kəsəmənli şair Nüsrət Kəsəmənlinin oğludur. O, 1998-ci ildə qeyri-rəsmi yaşadığı qadını qətlə yetirməkdə ittiham olunaraq 15 il həbsxana həyatı yaşayıb.
Həbsdən çıxandan 3 ay sonra isə həbs edilib. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsinə əsasən ittiham olunur(apa).