!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vergi orqanlarının vəzifəli şəxsləri ilə bağlı mühüm QƏRAR

!Reklam – Yazi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Yenicag.az-ın məlumatına görə, sənədə əsasən, vergi orqanlarının vəzifəli şəxsləri əsas məzuniyyətə çıxarkən onlara ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində müavinət ödəniləcək.

Vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illərinə görə hər ay aşağıda göstərilən məbləğdə əlavə haqq ödəniləcək:

1 ildən 5 ilədək – vəzifə maaşının 5 faizi məbləğində;

5 ildən 10 ilədək – vəzifə maaşının 10 faizi məbləğində;

10 ildən 15 ilədək – vəzifə maaşının 20 faizi məbləğində;

15 ildən yuxarı – vəzifə maaşının 30 faizi məbləğində.

Qeyd edək ki, indiyədək vergi orqanlarının vəzifəli şəxslərinin vəzifə maaşlarına bu orqanlarda xidmət illərinə görə aşağıda göstərilən miqdarda əlavələr müəyyən edilirdi:

1 ildən 5 ilədək – 21 manat miqdarında;

5 ildən 10 ilədək – 24 manat miqdarında;

10 ildən 15 ilədək – 27 manat miqdarında;

15 ildən 20 ilədək – 30 manat miqdarında;

20 ildən 25 ilədək – 39 manat miqdarında;

25 ildən 30 ilədək – 45 manat miqdarında;

30 ildən yuxarı – 60 manat miqdarında.

Bu Qanun 2020-ci il yanvarın 1-dən tətbiq edilir.

www.yenicag.az

1435
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv