Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Vergi və rüsumlarla ifadə olunan QEYRİ-NEFT SEKTORU: “Büdcənin əsas hissəsi məhz o gəlirlərdən formalaşmalıdır” – ŞƏRH

“Digər sahələr üzrə fəaliyyət göstərən özəl sektor təmsilçiləri öz gəlirlərindən dövlətə vergi ödəməlidirlər”.

Bu fikirləri 2022-ci il dövlət büdcəsi layihəsində qeyri-neft sektorundan proqnozlaşdırılan gəlirlərin təqribən 92 faizinin vergi və rüsumlardan ibarət olmasını şərh edən iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlqmasında deyib.

İqtisadçının sözlərinə görə, qeyri-neft sektorunun gəlirləri dedikdə vergi və rüsumların nəzərdə tutulması normaldır:

“Bazar iqtisadiyyatının mövcud olduğu ölkələrin dövlət büdcəsinin əsas hissəsi vergi və rüsumların hesabına formalaşmalıdır. Çünki bazar iqtisadiyyatında dövlətin özünün birbaşa iqtisadi təsərrüfat fəaliyyəti ilə məşğul olması müsbət qarşılanmır. Yəni bu fəaliyyətlə, əsasən, özəl sektor məşğul olmalı və gəlirlərindən dövlət büdcəsinə vergi verməlidirlər.

Bizdə neft sektorunun fəaliyyəti daha çox dövlətin adı ilə bağlıdır. Digər sahələr üzrə fəaliyyət göstərən özəl sektor təmsilçiləri isə dediyim kimi, öz gəlirlərindən dövlətə vergi ödəməlidirlər.

Qalan səkkiz faizə gəldikdə isə nəzərə alınmalıdır ki, dövlətin sadəcə neft sektorunda deyil, digər sahələrdə də müəyyən iştirakı var. Buraya enerji, nəqliyyat, kənd təsərrüfatı və başqa sahələri aid edə bilərik. Yəni o sahələrdən də dövlətin müəyyən gəlirləri var. O baxımdan, qeyri-neft sektorunun gəlirləri dedikdə vergi və rüsumların nəzərdə tutulması normaldır”.

A.Zeynalov

www.yenicag.az

236
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100