!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vergilər Nazirliyində ciddi kadr dəyişiklikləri aparılıb

!Reklam – Yazi

115686_res_01Vergilər Nazirliyində kadr dəyişiklikləri aparılıb.

Nazirlikdən verilən məlumata görə, vergilər naziri Fazil Məmmədovun əmri ilə Vergilər Nazirliyinin bir sıra struktur vahidlərinin rəhbərliyində kadr dəyişiklikləri aparılıb.

Bakı Vergilər Departamentinin rəisi, 3-cü dərəcəli dövlət vergi müşaviri Habil Məmmədov nazirliyin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi, vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri, 3-cü dərəcəli dövlət vergi müşaviri İlqar Əhmədov Bakı Vergilər Departamentinin rəisi, vergilər nazirinin müşaviri, 3-cü dərəcəli dövlət vergi müşaviri Zaur Fətizadə Bakı Vergilər Departamenti rəisinin 1-ci müavini, İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi, baş vergi xidməti müşaviri İlkin Vəliyev Bakı Vergilər Departamenti rəisinin müavini, Bakı Vergilər Departamentinin rəisinin 1-ci müavini, baş vergi xidməti müşaviri Raqif Qurbanov isə Bakı Vergilər Departamenti rəisinin müavini vəzifələrinə keçiriliblər.

www.yenicag.az

531
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv