Vertu-dan 17 min dollarlıq smartfon

media-hightechnic-468x90

302087Vertu şirkəti qiyməti 17 min dollardan başlayan Vertu for Bentley smartfonunu nümayiş etdirib. Yeni aparat bu istehsalçının qurğularının başlanğıc qiyməti üçün qiymət rekorduna imza atıb.

Smartfon Bentley avtomobil istehsalçısı ilə birgə hazırlanıb. Yeni model Vertu-nun əvvəlki smartfonlarından dizayn və Bentley əlavə tətbiqi ilə fərqlənir.

Smartfonun korpusu titandan hazırlanıb və ekran möhkəmliyinə görə almaz materialına oxşar sapfir şüşə ilə örtülmüşdür. Xarici formada edilmiş dəyişiklikdən başqa, dizayna avtomobil şirkətinin loqotipi əlavə olunub. Telefon dəstinə dana dərisindən çexol daxildir.

Yeni aparat komponentlərinə görə əvvəlki Signature Touch modelinə oxşardır: 4.7 düym diaqonallı ekran Full HD (1920×1080 nöqtə) təsvir ölçüsünə malikdir, Hasselblad ortasəviyyəli fotoaparat istehsalçısı tərəfindən sertifikatlaşdırılmış 13 meqapiksellik kamera, həmçinin 2.1 meqapiksellik ön kamera ilə təchiz edilib. Smartfonun audiosistemi Bangamp;Olufsen ilə birgə hazırlanıb və Dolby Digital Plus tutumlu səslənməni dəstəkləyir.

Prosessor kimi 2.3 GHz takt tezlikli dördnüvəli Snapdragon 801 seçilib, qurğu 64 Gb daxili yaddaşla təchiz edilib və Qi simsiz enerjidoldurma standartını dəstəkləyir.

Yeni cihaz Vertu Concierge, Life və Certainty xidmətlərini dəstəkləyir. (milli.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600