!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi

!Reklam – Yazi

Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan mayor Nağıyev Rövşən Mərdan oğlu Bakıda vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Rövşən Nağıyevin ürək çatışmazlığından öldüyü bildirilib.

Qeyd edək ki, əslən Ordubad rayonun Dəstə kəndindən olan mayor Vətən müharibəsində iştirak edib. Vətən müharibəsində göstərdiyi şücaətə görə “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdu.

www.yenicag.az

266
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv