Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Vətən Müharibəsi qazisi: "Ağzımdan qan axırdı, elə bildim, şəhid olmuşam" - VİDEO

Tanınmış aparıcı Sara Safuranın “Zəfər yolu” layihəsinin budəfəki qonağı 44 günlük Vətən müharibəsində atıcı taborun tərkibində Füzuli, Daşaltı, Şuşanın alınmasında və Xankəndi uğrunda gedən ağır döyüşlərdə iştirak edən və ağır yaralanan qazi Cavad Nəhmədovdur.

Yenicag.az-ın çəkilişi Öğuz rayonunun Qumlaq kəndində baş tutub.

Cavad Eyvaz oğlu Nəhmədov 1994-cü ildə Gəncə şəhərində anadan olub. Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin Bədən tərbiyəsi və İdman ixtisasının məzunudur. O, uzun illər idmanın cüdo növü ilə məşğul olub. Bir neçə dəfə Azərbaycan birinciliyinin qalibi kimi fərqlənib. Hazırda Gəncə şəhərində Gənclər İdman Mərkəzində cüdo üzrə baş məşqçidir.

Cavad 2015-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısıdır. 2021-ci ilin iyul hadisələrindən sonra könüllü olaraq hərbi komisarlıqda qeydiyyatdan keçib.

O, keçdiyi şərəfli döyüş yolundan danışıb:

“Yaralandım və huşumu itirdim. Gözümü açanda bütün bədənimdə -dizlərimdə, boyunumda və başımda dözülməz ağrılar hiss etdim. Ağzımdan qan axırdı, diz qapağımdan qəlpə yaraları aldığımdan ayağa qalxa bilmirdim. Bir anlıq elə bildim ki, şəhid olmuşam. Avtomatımın rezini ilə yaramı bağladım ki, qanaxmanı saxlaya bilim. Döyüş yoldaşlarım gözümün qabağında şəhid olurdular.

Çoxlu qan itirmişdim. Ayağa qalxa bilmədiyimdən sürünə-sürünə meşəyə girdim…”

Qeyd edək ki, Cavad Prezident İlham Əliyevin sərəncamı ilə “Şuşanın alınmasına görə”, “Döyüşdə fərqlənməyə görə” və “Vətən uğrunda” medlları ilə təltif olunub.

Daha ətraflı videonu izləyin:

Sara Safura
Cəvahir
Cavid

www.yenicag.az

511
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100