!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vətəndaşlara bu SMS-lərin gəlməsinin SƏBƏBİ AÇIQLANDI - FOTO

!Reklam – Yazi
Son günlər bir çox vətəndaşın mobil telefonuna “e.sosial.az”dan Fərdi Məşğulluq Proqramının tərtib edilməsi ilə bağlı SMS gəlib. Mesajda vətəndaşlardan MAS-da şəxsi kabinetində fərdi məşğulluq proqramının yerləşdirildiyi haqda hesablarına daxil olaraq məlumat vermələri istənilir. SMS-ə əhəmiyyət verməyən vətəndaşlar “Məşğulluq haqqında” Qanunun 5.10.4-cü maddəsinə əsasən işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılmaları ilə bağlı növbəti mesaj alırlar.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Yenicag.az-a bildirilib ki, nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz kimi qeydiyyatdan keçən şəxs üçün fərdi məşğulluq proqramının və onun icrasına dair hesabat formasının həmin şəxsə təqdim edilməsi prosesi elektronlaşdırılıb:

“Fərdi məşğulluq proqramı işsiz şəxsin işə düzəlməsinə kömək məqsədi ilə hazırlanan və aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü və icra müddətini müəyyən edən sənəddir. İşsiz şəxsə onunla bağlı fərdi məşğulluq proqramının tərtib edildiyi barədə SMS-bildiriş göndərilir və proqram həmin şəxsin işsiz kimi qeydiyyatdan keçərkən “Məşğulluq” altsistemində formalaşan şəxsi kabinetinə yerləşdirilir.

İşsiz şəxs mesaj vasitəsilə göndərilən linkə daxil olaraq onun üçün tərtib olunmuş fərdi məşğulluq proqramını təsdiqləyə və ya ondan imtina edə bilər. Proqram təsdiqləndikdə vətəndaşa növbəti mərhələdə nə etməli olacağı barədə məlumat verilir. Proqramdan imtina etdikdə isə “Məşğulluq haqqında” Qanunun 5.10.4-cü maddəsinə əsasən işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılır. 5 iş günü müddətində Fərdi Məşğulluq Proqramına münasibət bildirmədikdə isə bu, proqramdan imtina kimi qiymətləndirilir və şəxsin işsiz kimi qeydiyyatı ləğv edilir”.

www.yenicag.az

3189
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv