Vətəndaşlara hüquqi yardım: Mingəçevir sakinləri üçün qəbul keçirildi

media-hightechnic-468x90

Mingəçevirdə sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara hüquqi yardım göstərilib.

Yenicag.az-a daxil olan məlumata görə, 2023-cü il sentyabrın 23-də Mingəçveir şəhərində Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sosial cəhətdən zəif müdafiə olunmuş vətəndaşlara pozulmuş hüquqlarının bərpası üçün hüquqi yardımların göstərilməsi” layihəsinin icrası çərçivəsində vətəndaşların qəbulu keçirilib.

Qəbulda vətəndaşlara hüquqi yardım göstərilmiş və onları narahat edən problemlər haqqında məsləhət verilmiş vətəndaşlar tərəfindən yerli və mərkəzi içra hakimiyyətinə müraciətlər və məhkəmə orqanlarına iddia ərizələri tərtib olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600