“Vətənə dönməyi düşünmürəm”
4 ildir ailəsi ilə birgə Amerikada yaşayan teleaparıcı Günel Musəvi müvəqqəti olaraq vətənə qayıdıb
Amerikada adaptasiya problemləri yaşadığını deyən Günel daha ölkəyə qayıtmaq barədə düşünmür.
“İki il orada yaşadıqdan sonra amerikanlaşdım. Azərbaycana köçmək barədə qəti düşünmürəm. İnsan bir qərar veməlidir. Yeni ölkəyə köçəndə insanın bütün psixologiyası dəyişir. Depresiyaya düşmək həddinə çatır. Mən yenidən qayıdıb depresiayalar yaşamaq istəmirəm. Getsin o günlər, bir də gəlməsin.
Amma milli adət-ənənələrimizi unutmamışıq. Evdə çalışırıq ana dilində danışaq. Novruz bayramlarında anamla birgə şirniyyatlar, qoğallar bişiririk”.
Musəvi orada yaşadığı müddətdə uşaq psixologiyası üzrə ikinci təhsil alıb. Özünü o sənətdə görmədiyini deyən Günel yenidən aparıcılıq etmək arzusundadır. Amma…
“Amerika böyük yerdir. Burada necə rəqabət varsa, orada min qatıdır. Real baxıram ki, orada heç kimə Günel Musəvi lazım deyil. Həm də dil baryeri var. İngiliscə bilirəm, amma aksentim var. Burada Günel Musəvi idim. Orada heç kiməm”
Şəxsi həyatında durğunluq yaşayan Günel xəyallarındakı ağ atlı oğlanı gözləyir.
“Hələ ki, nağıllar aləmində yaşayıram. Çox böyük sevgi gözləyirəm. Həyatımı paylaşdığım insan ürəyimin yarısı olmalıdır. Təki ərə gedim deyə ailə qura bilmərəm. İstəyirəm həyat yoldaşım azərbaycanlı olsun. Balalarımı adət-ənənələrə uyğun olaraq böyütmək istəyirəm”.
(news.milli.az)