Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Vətəninfo.az 4 yaşında

1458167978_2016-03-17-02-11-53-skrinshot-ekranaDüz 4 il əvvəl, martın 16-dan 17-nə keçən gecə ilk xəbəri sayta qoyanda üzümü qibləyə çevirib”Rəbbim məni çıxdığı myolda peşman etmə”-deyə Allahdan yardım istədim.

İlk bilgisayarları alıb o zaman işlədiyim “Həftə içi”qəzetinin redaksiyasına apardıq.Çün ki o bilgisayarları quracaq bir yerimiz yoxidi.Millət vəkili AdilƏliyevin dosluğuna güvənib ondan ofis icarəyə götürmək üçün dəstək istədik.Sağolsun, qırmadı. Metronun”Gənclik” stansiyası yaxınlığında insanlara xidmət üçün inşa etdirdiyi xeyir-şər evinin ikinci mərtəbəsində müvəqqəti olaraq iki otaq ayırdı.Bu bizə işə başlamaq üçün böyük bir təkan oldu.Üç ay orada fəaliyyət göstərdik.

Elnur Eltürk,Əli Zülfüqarlı,Cavid Şahverdiyev kimi imzalarla çıxdığımız yolu Könül İbrahimova,Mirvari Nəcəf,GünelTürksoyla davam etdirdik. Vətəninfo.az-ın fəaliyyəti üçün hərbirinin zəhməti keçdi. Zaman keçdikcə inkişaf etdik, oxucularımız çoxaldı, Azərbaycan mediasında söz sahibi olan imzalarla əməkdaşlıq etdik.Amma gün olduki, o zaman üçün simvolik məna kəsb edən əməkhaqlarını ödəməyə imkanımız olmadı.

Abbas Novruzov,Rəşad,Qafqaz, AnarƏhmədov, Zülfüqar Xeyirxəbər kimi dostların təcrübələrindən faydalanmaqla bu sıxıntılarıda aşdıq.Vətəninfo.az-ı 4 yaşına gətirdik.Texniki dillə desək,gündəlik ortalama 60 minlik İP-yə sahib olduq.

Bu gün dəYeganə Məmmədova, Aida Sultanova,Abbas Novruzovla yolumuzu davam etdiririk.İkidildə- Azərbaycan və rus dilin də oxucuların qarşısına çıxırıq.Onlarla mükafat aldıq, müsabiqələrin qalibi olduq.Azərbaycanımızın haqq səsi üçün dövlətimizin yanında olduq,xalqımızın xidmətçisinə çevrildik.Vətəninfo.az brend kimi tanındı.Beynəlxalq tədbirlərdə ölkəmizi və Azərbaycan mediasını təmsil etdik.Bundan sonar da bu yolun yolçusuyuq.
Əziz oxucular, biz Sizə güvənib bu yola çıxdıq, Sizinlə də yolumuza davam edirik.Bizi oxumaqla verdiyiniz dəstəyə görə, hər birinizə minnətdarıq.

Hörmətlə,

Vətəninfo.az İnformasiya Agentliyinin

Baş redaktoru Nahid Canbaxışlı.

www.yenicag.az

1065