Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Vəzifəsindən sui-istifadə edən DEPUTATLAR: "Onlar özlərini hamıdan üstün tuturlar"

Reklam: High Technic

“Eldəniz Səlimovdan əvvəl də bəzi deputatlar olub ki, onlar millət vəkilliyinə layiq olmayan davranışlar sərgiləyiblər”.

Bu sözləri deputatların öz səlahiyyətlərinin öhdəsindən nə dərəcədə gəldiyini təhlil edən Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinə görə, öz vəzifəsini layiqincə yerinə yetirə bilməyən deputatların aşkarlanması və mandatının əlindən alınması zəruridir:

“Azərbaycanda parlamentə və deputatlara münasibətin birmənalı olmadığı hər kəsə məlumdur. Bu cür münasibət parlamentdə təmsil olunan deputatların bəzilərinin səlahiyyət və vəzifələrinə uyğun fəaliyyət göstərməməsi ilə bağlıdır. Hətta bəzi deputatlar seçiciləri üçün əlçatmazdır.

Bu gün deputat toxunulmazlığına xitam verilən Eldəniz Səlimov kimi, əksər millət vəkilləri qanundankənar fəaliyyətlə məşğuldurlar. Onlar özlərini cəmiyyətdən üstün tutaraq, xalq arasında görünmürlər. Bu deputatlar 44 günlük müharibə dövründə də görünmədilər, ictimaiyyətlə təmasda olmadılar və ortaya mövqe qoymadılar. Nəticədə cəmiyyətdə deputatlara olan münasibət fərqli oldu və “Parlamentdə Azərbaycana layiq olmayan deputatlar var” fikri formalaşdı.

Eldəniz Səlimovdan əvvəl də bəzi deputatlar olub ki, onlar millət vəkilliyinə layiq olmayan davranışlar sərgiləyiblər. Yaranan vəziyyət ümumilikdə parlamentin fəaliyyətinə kölgə sala bilər. Düzdür, parlamentdə öz vəzifələrinin öhdəsindən gələn deputatlar da var. Lakin mandatından şəxsi maraqlarına görə istifadə edən deputatların gündəmə gətirilməsinə və parlamentdən kənarlaşdırılmasına ehtiyac var”.

Gülşən Şərif

www.yenicag.az

348
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100