Vəziyyəti ağır olan Səyyad Əlizadənin ailəsi KÖMƏK İSTƏDİ: “Gömrük Hospitalına...”

media-hightechnic-468x90

Zığda yerləşən modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən və oksigen aparatına qoşulan tanınmış müğənni Səyyad Əlizadənin ailəsi kömək istəyir.

Yenicag.az-a açıqlama verən müğənninin kürəkəni Razim Qarayev onun Mərkəzi Gömrük Hospitalına köçürülməsi üçün müraciət edərək kömək istəyib:

“Səyyad Əlizadə iki gündür Zığ Xəstəxanasında reanimasiyada oksigen aparatına qoşulsa da, səhhətində heç bir irəliləyiş yoxdur. Ailəsi onun Mərkəzi Gömrük Hospitalına köçürülməsini istəyir. Bununla əlaqədar Mədəniyyət Nazirliyinə müraciət edirik. Biz özümüz dəfələrlə nazirliyə zəng edirik, amma əlaqə saxlaya bilmirik. Səyyad müəllimin ailəsi adından xahiş edirik, bu işdə bizə köməklik olunsun”.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600