VHP üzvünə hökm oxunub
Vətəndaş Həmrəyli Partiyasının (VHP) həbsdə olan üzvü Ömər Məmmədov hökm oxunub.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Ö. Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ö. Məmmədov yanvarın 24-də Bakıda saxlanılıb. Mülki geyimli şəxslər onu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparıb. İstintaqın məlumatına görə, onun üstündən 6 qram heroin götürülüb. Bakının Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ömər Məmmədov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
1995-ci ildə Bakıda anadan olan Ömər Məmmədov Şimali Kipr Türk Respublikasında yerləşən Beynəlxalq Kipr Universitetinin tələbəsidir. Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. 2013-cü ildə bir qrup gənclə “Axın” Hərəkatını təsis edib.