Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Virtual məktəbdə MÜHÜM YENİLİK

Virtual məktəb istifadəçiləri üçün rəsmi elektron poçt və ödənişsiz virtual saxlanc xidmətləri təqdim olunub.

Təhsil Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, xidmətlərdən yararlanmaq üçün https://virtual.edu.az saytına daxil olub, “e-Poçt” və “e-Saxlanc” keçidlərindən istifadə etmək lazımdır.

50GB həcmində olan “@student.edu.az” elektron poçtu vasitəsilə Təhsil Nazirliyi ilə müəllimlər arasında, müəllimlərlə şagirdlər arasında məktubların rahat və təhlükəsiz mübadiləsi mümkündür. İstifadəçilər elektron poçt vasitəsilə yazışma, çevik axtarış sistemi, təqvim və fərdi işin planlaşdırılması kimi alətlərdən istifadə edə bilərlər.

Təhsil Nazirliyi tərəfindən mütəmadi olaraq müxtəlif təhsil pillələrinə aid elan və yeniliklər virtual məktəb istifadəçilərinin “@student.edu.az” e-poçt ünvanına göndəriləcək. İstifadəçilər öz elektron poçt qutularından virtual məktəbə daxil olarkən istifadə etdikləri istifadəçi adı və şifrəni daxil etməklə faydalana bilərlər.

Həmçinin 1TB həcmində olan virtual saxlanc xidməti vasitəsi ilə onlayn mühitdə tədrislə əlaqədar faylların saxlanılması, paylaşılması və onlayn redaktə edilməsi mümkündür. İstifadəçilər internetə çıxışı olan istənilən qurğudan virtual məktəbə daxil olarkən istifadə etdikləri istifadəçi adı və şifrə ilə virtual saxlancına daxil olub oradakı məlumatları əldə edə və digər istifadəçilərlə birlikdə ortaq əməliyyatlar apara bilərlər.

Loading...

www.yenicag.az

421
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100