!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTOLAR

!Reklam – Yazi

Mayın 8-də Bakı Kitab Mərkəzində “Virtual Qərbi Azərbaycan” platformasının təqdimatı olub.

Yenicag.az xəbər verir ki, təqdimatdan əvvəl çıxış edən Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov bildirib ki, 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olarkən Qərbi Azərbaycanla bağlı dəqiq hədəfləri və məqsədləri müəyyənləşdirdi. Bununla əlaqədar, həmçinin Heydər Əliyev Fondu qarşısında bəzi fəaliyyət istiqamətləri durur. Bunlardan biri arxivlərlə işin aparılmasıdır. Ötən müddət ərzində Heydər Əliyev Fondu həm Gürcüstanda, həm də Rusiyada olan arxivlərdə Qərbi Azərbaycanın tarixi, ictimai-siyasi, sosial həyatı ilə bağlı bir sıra sənədlər aşkarlayıb. Bunlardan ən vacib 8 min sənəd Gürcüstan arxivindən aşkar edilib. Onların ən qısa müddətdə Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.

O cümlədən ötən müddətdə Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi Qərbi Azərbaycan İcması ilə birlikdə Bakıda və regionlarda könüllülərin, gənclərin maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirib. Bildirilib ki, təqdim edilən “Virtual Qərbi Azərbaycan” platforması həm də tarixi həqiqətlərin çatdırılması istiqamətində vacib rol oynayacaq.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun ötən müddətdə müstəsna xidmətləri olub. O, yeni yaradılan platformanın Qərbi Azərbaycana qayıdışa töhfəsini verəcəyini inandığını qeyd edib.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa isə çıxışında bildirib ki, platformanın ən böyük xüsusiyyəti onun BMT-nin işlək dillərində təqdim edilməsi və Qərbi Azərbaycana qayıdışın yol bələdçisi olmasıdır.

Azərbaycan Milli Elmlər Akademiyası Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov vurğulayıb ki, Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işini görməklə bərabər, qayıdışa inanmaq da lazımdır.

Çıxışlardan sonra “Virtual Qərbi Azərbaycan” platforması təqdim olunub.

Bildirilib ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə Təşəbbüslər və Layihələr Mərkəzi (TLM) tərəfindən hazırlanan platforma Azərbaycan, ingilis, rus və ispan dillərindədir. Burada yerləşdirilmiş materiallar Qərbi Azərbaycanın tarixi, elm və mədəniyyəti, erməni vandalizminin araşdırılması ilə məşğul olan alimlərin kitabları və dövri mətbuatda, elmi jurnallarda dərc olunmuş yazılar və məqalələr əsasında hazırlanıb.

Platformanın əsas səhifəsində bugünkü Ermənistanın bütün ərazisini əhatə edən tarixi Qərbi Azərbaycan torpaqlarının interaktiv xəritəsi əksini tapıb.

Kontent “Tarix”, “Elm və mədəniyyət”, “Erməni vandalizmi”, “Resurslar”, “Şahid ifadələri” bölmələrində təqdim edilir. Eyni zamanda, burada Qərbi Azərbaycan tarixi ilə bağlı foto və videolar, xəritələr yer alıb.

Platformada, həmçinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin nitqlərində Qərbi Azərbaycan məsələsi ilə bağlı fikirləri təqdim olunur.

Platformanın “Əlaqəli veb-resurslar” bölməsində keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, hüquqi və siyasi aspektləri, Qarabağ münaqişəsi zamanı mədəni irs və təbii sərvətlərimizə qarşı törədilmiş erməni cinayətləri, Xocalı soyqırımı, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri və Azərbaycan tarixinin ən şanlı səhifəsi hesab edilən 44 günlük müharibə və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə aparılan geniş bərpa-quruculuq işləri ilə bağlı məlumatların yer aldığı resurs bazaları öz əksini tapıb./AZƏRTAC

www.yenicag.az

114
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv