!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Vitse-prezidentlərin kim olacağı hələ bilinmir” - Deputat

!Reklam – Yazi

“Ölkə başçısı artıq birinci vitse-prezidenti seçdi və doğru qərar verərək, ilkin addımı atdı. Vitse-prezidentlərin seçilməsi isə cənab Prezidentin müstəsna hüququdur”

Bu sözləri Yeniçağ.az-a vitse-prezidentlərin hansı müddət ərzində seçilməsini şərh edərkən millət vəkili Fərəc Quliyev deyib.

Millət vəkilinin sözlərinə görə, təyinat üzrə hələ heç bir məlumat yoxdur:

“Təyinat Prezidentin səlahiyyətindədir və bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. Biz məsələnin həyata keçirilməsi üçün Millli Məclisdə qanun qəbul etdik və bundan sonrakı məsələlər artıq icraatından asılıdır. Yəni bu seçimdə vaxt və ya müddət qoyulmur. İstənilən an seçim oluna və təyinat qəbul edilə bilər. Hesab edirəm ki, bu, səmərəlidir. Birinci vitse-prezidentin təyinatından sonra yəqin ki, artıq vitse-prezidentlərin də təyinatı tez bir zamanda olacaq. Kimlərin vitse-prezidentliyə namizədliyi isə hələlik heç kəsə məlum deyil”.

Gülnarə Eynullaqızı
Yeniçağ.az

www.yenicag.az

719
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv