Voleybolçularımız Hollandiya yığması ilə qarşılaşacaqlar
Bu gün Bakı-2015 I Avropa Oyunlarında qadın voleybolçular arasında 1/4 final mərhələsinin oyunları keçiriləcək.v
1/4 final mərhələsinə Polşa-Almaniya oyunu ilə start veriləcək. Ardından Azərbaycanın yer aldığı qrupu lider kimi tamamlayan Türkiyə digər qrupun dördüncüsü olan Rusiyanı sınağa çəkəcək.
Daha sonra meydana yığma komandamız çıxacaq. Aleksandr Çervyakovun yetirmələri digər qrupun ikincisi olmuş Hollandiya ilə qarşılaşacaq.
Mərhələnin son qarşılaşmasında Belçika ilə Almaniya üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan millisi yarımfinala adlayarsa, final yolundakı son görüşünü Türkiyə – Rusiya cütlüyünün qalibinə qarşı keçirəcək.