Volqoqrad hava limanı müvəqqəti bağlandı - Ukraynanın hücumu
Volqoqrad hava limanında uçuşların gəliş-gedişi məhdudlaşdırılıb. Buna görə də Moskvadan uçuş reysi alternativ aerodrom – Saratova göndərilib.
Yenicag.az xəbər verir ki, bu barədə TASS Volqoqrad hava limanının mətbuat katibi Anastasiya Qolodovaya istinadən məlumat yayıb.
Hava limanının bağlanmasının səbəbləri açıqlanmır.
“Hazırda Volqoqrad hava limanına gəliş və gedişlər məhduddur”, – deyə hava limanının sözçüsü bildirib. Pobeda Hava Yollarının DP6965 reysi Saratov şəhərinə uçdu, başqa bir təyyarə – Sibir Hava Yollarının S72141 reysi Moskvadan yerli vaxtla təxminən saat 13:40-da gecikmə ilə çatacaq.
Dekabrın 17-də dron hücumundan sonra Volqoqrad hava limanında uçuşların gediş-gəlişi məhdudlaşdırılıb. Həmin gün Rusiyanın üç regionunda 33 pilotsuz təyyarə vurulub./Qaynarinfo