!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Vüqar Səfərlinin mayor oğlu İŞDƏN ÇIXARILDI

Həbs edilmiş Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun keçmiş rəhbəri Vüqar Səfərlinin oğlu Dövlət Gömrük Komitəsindəki vəzifəsindən azad edilib.

Yenicag.az News24.az-a istinadən xəbər verir ki, Vüqar Səfərlinin oğlu Samir Səfərli DGK-nin Bakı Baş Gömrük İdarəsinin Qaradağ rayonunda yerləşən İpək Yolu postunda inspektor vəzifəsindən kənarlaşdırılıb. Mayor rütbəsində olan Samirin atasının məhkum edilməsi ilə bağlı işdən çıxarıldığı bildirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilərək 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

S.Səfərlinin 10 ilə yaxın qeyd olunan vəzifədə çalışdığı da bildirilib.

www.yenicag.az

163
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100