!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Vur, yort məni....” – “Bir cənub şəhəri”nin Tofiqinin ANIM GÜNÜDÜR

!Reklam – Yazi

“Yeddi oğul istərəm”, “Yol əhvalatı”, “Bizim Cəbiş müəllim”, “Babamın babasının babası” və daha neçə-neçə filmlərdə yaratdığı obrazları ilə əbədi olaraq adını kino tarixinə yazdırıb.

Tamaşaçılar onu daha çox “Əhməd haradadır” filmində Rəngsaz Əhməd, “Bir cənub şəhərində” isə Tofiq obrazı ilə sevdi.

Yenicag.az xəbər verir ki, sevilən aktyor, Xalq artisti Eldəniz Zeynalovun xatirə günüdür.

Eldəniz Zeynalov yaratdığı obrazları ilə hər zaman seçilib. Bu da onun xarakterik və son dərəcə koloritli aktyor olmağından irəli gəlirdi. Olduqca təbii və səmimi aktyor idi, onu tamaşaçılara sevdirən həm də təbiiliyi idi.

Qəribəlikləri ilə də fərqlənirdi aktyor. Özünəməxsus fobiyaları var idi. Məsələn, atdan qorxurdu. Bu qorxu hətta film çəkilişlərində də ona mane olurdu. “Yeddi oğul istərəm” filmində Mirpaşa roluna çəkiləcəkdi, amma atdan qorxduğu üçün belə bir baş roldan imtina etməli olur. Hədən artıq yumor sevən insan idi, lakin bununla belə, həm komediya, həm də tragediya oynamaq üçün yetərincə potensiala malik idi. Elə adını da kino tarixinə tragikomik aktyor kimi yazdırdı.

Eldəniz Zeynalov bu gün də cismani ömrünü sənət ömrü ilə davam etdirən aktyorlardandır. Nə qədər ki, çəkildiyi filmlər Azərbaycan kino tarixində qalacaq, elə onun adı da əbədi olaraq yaşayacaq.

Cəvahir

www.yenicag.az

607
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv