Vyetnamlı generaldan rəsmi qəbulda seksual davranış: Cənubi Koreya etiraz etdi

media-hightechnic-468x90

Cənubi Koreyanın Müdafiə Nazirliyi Vyetnamın müdafiə nazirinin müavininin ötən ay Seula səfəri zamanı cinsi xarakterli qeyri-etik davranış sərgiləməsi ilə bağlı iddialar səbəbindən bu ölkənin hərbi müdafiə attaşesini çağırıb. 

Yenicag.az-ın “Yonhapa” istinadən məlumatına görə, general-leytenant Hoanq Xuan Çien sentyabrın 11-də yüksək rütbəli hərbçilərlə keçirilən ziyafət zamanı Cənubi Koreya dövlət qulluqçusuna qarşı qeyri-etik davranış sərgiləyib.

Hadisənin ciddiliyi nəzərə alınaraq, nazirlik səkkiz gün sonra Vyetnam müdafiə attaşesini çağıraraq nazir müavininin davranışına etirazını bildirib.

Nazirlik həmçinin bu cür halların təkrarlanmaması üçün tədbirlərin görülməsini tələb edib. Vyetnam tərəfi isə belə bir hadisənin bir daha baş verməməsi üçün öhdəlik götürdüyünü bildirib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa