!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Washington Times”: Donald Tramp Dağlıq Qarabağ münaqişəsini həll etməklə Nobel Sülh Mükafatını ala bilər

!Reklam – Yazi

“Birləşmiş Ştatların 44-cü prezidenti seçildikdən az müddət sonra Nobel Sülh Mükafatı alan Barak Obamanın buna layiq olub-olmadığına tarix qərar verəcək. Prezident Trampın isə bu nüfuzlu mükafatı həqiqi olaraq qazanması üçün tarixi şansı var. O, keçmiş Sovet İttifaqının ən mürəkkəb münaqişələrindən birinin, məhz Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ bölgəsinə görə yaranan problemin nizamlanması üçün öz əqdlərin bağlanması sahəsindəki bacarığından istifadə edə bilər”.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, bunu “Caspian Group Holdings” şirkətinin baş direktoru Rob Sübhani “The Washington Times” üçün yazdığı məqaləsində bildirib.

Onun fikrincə, bunun üçün ABŞ-ın yeni prezidentinə yenidən “azad sülh lideri” qismində çıxış etmək və Rusiyanı Ermənistan və Azərbaycan arasında münasibətlərin bərpasına köməklik göstərməyə razı salmaqla, öz əqdlərin bağlanması sahəsindəki bacarığını sübut etmək qalır.

Sübhani yazır ki, bu iki dövlət arasında münaqişə 1991-ci ildə yaranıb və Azərbaycan ərazilərinin təqribən beşdə bir hissəsi Ermənisatan tərəfindən zəbt olunub.

O öz məqaləsində qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiya prezidenti Vladimir Putinin ABŞ-ın tərəfdaşı olmağa, yoxsa Moskvanın strateji maraqları naminə bütün dünya üzrə qaynar nöqtələrə manipulyasiya etməyə üstünlük vermək istədiyinin nə dərəcədə həqiqətə uyğun olub-olmadığını göstərəcək.

Sübhaninin rəyinə görə, axı böhranın nizamlanmasının açarı məhz Rusiya liderinin əlindədir, çünki Kreml İrəvana böyük təsir qüvvəsinə malikdir. “Dondurulmuş” vəziyyətdə olan münaqişəyə dəstək vermək Putinə Azərbaycan təbii qazının Avropaya ixracına əngəl olmaq imkanı verir və bu şəkildə Avropa İttifaqının Rusiya enerji ehtiyatlarından asılılığını təmin edir. Prezident Tramp böhranın dərhal nizamlanmasına təkid etməklə, çox tez bir zamanda Putinin kim olduğunu – həqiqi “sülhməramlı”, yoxsa “dünyada sabitliyi pozan qüvvə” olduğunu başa düşə bilər.

O qeyd edir ki, Donald Tramp uğur qazanacağı təqdirdə, Amerikanın yenidən qlobal stabilliyin dəstəklənməsi işinin içində olduğunu dünyaya nümayiş etdirə bilər.

“Bundan əlavə, prezident Tramp, həmçinin “İran kimi problemli oyunçulara” siqnal verəcək ki, ABŞ Azərbaycanın timsalında öz müttəfiqlərini müdafiə etməyə hazırdır. Qeyd etmək lazımdır ki, Amerika Yaxın Şərqdə Azərbaycan prezidenti İlham Əliyevdən daha etibarlı və sadiq tərəfdaş tapa bilməyəcək”, – deyə məqalə müəllifi yazır.

O qeyd edir ki, indi ABŞ-ın yeni prezidenti üçün ən əsas məsələ Vladimir Putini barışığın növbəti şərtlərini qəbul etməyə razı salmaq olacaq:

Birincisi, Ermənistan qoşunlarını Azərbaycan ərazilərindən dərhal çıxarmaq lazımdır. Bakı bunun müqabilində Ermənistandan Avropaya öz qaz kəmərinin çəkilməsinə razılaşır. Daha sonra Dağlıq Qarabağ üçün yüksək dərəcəli muxtariyyət barədə razılığa gəlmək lazımdır, Rusiya, Fransa və ABŞ qoşunları isə orada Azərbaycanın hesabına sülhməramlı qismində iştirak edəcək. Və, nəhayət Bakı və İrəvan arasında birgə layihələrin inkişafı ilə məşğul olan münasibətlərin yenidən qurulması və bərpası fondu yaratmaq lazımdır.

Sübhani yazır ki, Azərbaycan sülhə tam hazırdır. Qalır bircə Trampın nizamlanmaya getməkdən ötrü Putini prezident Serj Sarqsyana təzyiq göstərməyə razı salmaq. Tramp Putini əmin etməlidir ki, bu münaqişənin həlli bütün tərəflərin maraqlarına müsbət təsir göstərəcək.

Yeniçağ.Az

COP29

www.yenicag.az

526
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv