Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“WhatsApp” yeni rekorda imza atdı

“WhatsApp” mesajlaşma proqramından istifadə edənlərin sayı 2 milyarda çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə tətbiqin rəsmi veb saytında yayımlanan açıqlamada bildirilir.

“Bu gün dünyada 2 milyard insanın “WhatsApp” tətbiqindən istifadə etməsi xəbərini sizinlə bölüşməkdən məmnunuq”, – məlumatda belə deyilir.

“WhatsApp” rəhbərliyi mesajlaşma yolu ilə ötürülən məlumatların qorunmasına böyük diqqət yetirdiyini və bunun üçün məlumatların şifrələnməsi üsulundan istifadə edildiyini bildirir.

Qeyd edək ki, “WhatsApp” mətn mesajları mübadiləsi imkanı verən və səsli rabitəni dəstəkləyən pulsuz bir xidmətdir. 2014-cü ildə bu xidmət “Facebook” tərəfindən 19 milyard dollara satın alınıb.

www.yenicag.az

409
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100