Reklam: High Technic
hightechnic

“WhatsApp”dan 4 yenilik

Populyar mesajlaşma tətbiqi “WhatsApp” istifadəçilərə eyni anda 4 yeni funksiya təqdim edəcək.

Yenicag.az xəbər verir ki, yaxın günlərdə istifadəyə veriləcək bu funksiyalar aşağıdakılardır:

1. Blokladığınız şəxsi daha rahat şəkildə blokdan çıxara biləcəksiniz. Bunun üçün artıq əvvəlki kimi “tənzimləmələr” bölməsinə daxil olmağa ehtiyac yoxdur. Sadəcə, həmin şəxsin adının üzərinə toxunmaq və “blokdan çıxar”ı seçmək kifayət olacaq.

2. Başqa bir istifadəçini qrupa asanlıqla əlavə edə biləcəksiniz.

3. Bu funksiyadan yalnız qrup təsisçiləri istifadə edə biləcəklər. Belə ki, əgər qrupu siz açmısınızsa, bəzi məlumatları istədiyiniz şəxsdən gizlədə biləcəksiniz.

4. Telefonu yüngül yelləməklə “WhatsApp”a daxil ola biləcəksiniz.

www.yenicag.az

7793