Şəhid Elcanın xanımı: "Ölümündən əvvəl mənə mesaj yazdı ki...” - VİDEO

media-hightechnic-468x90

Tanınmış jurnalist Sara Safuranın təqdimatında “Zəfər yolu” adlı layihənin növbəti buraxılışı Azərbaycan Silahlı Qüvvələrinin əsgəri şəhid Məmmədov Elcana həsr olunub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, həyat yoldaşı Gülnarə Məmmədova şəhidlə bağlı xatirələrini bölüşüb, Elcanın ona yazdığı son mesajdan danışıb.

Qeyd edək ki, Məmmədov Elcan Zöhrab oğlu 1989-cu ildə Tərtər rayonunda anadan olub. E.Məmmədov 2011-ci ildə həqiqi hərbi xidmətə yola düşüb, xidmətini Cəlilabad rayonu, Göytəpə qəsəbəsində başa vurub. 2018-ci ildə öz istəyi ilə xüsusi kurs keçərək leytenant olan E.Məmmədov Vətən müharibəsi zamanı Talış yüksəkliyi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Prezidentin Sərəncamları ilə “Vətən uğrunda” və “Suqovuşanın azadlığı uğrunda” medalları ilə təltif olunub.

Videonu təqdim edirik:

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05