“Whatsapp”da yeni funksiya yaradılır

“WhatsPopulyar App” messencerində tezliklə yeni funksiya yaradılacaq.

Yenicag.az xəbər verir ki, messencer istifadəçiləri indi mesajları sancmaq imkanı əldə edəcəklər.

Bu yeni funksiya Android cihazları üçün “WhatsApp”ın beta 2.23.3.17 versiyasında görülüb.

Yeni funksiya istifadəçilərə mətndə istədikləri məlumatı tez və asanlıqla seçməyə imkan verəcək.

Yenilik şəxsi mesajlarda və qrup çatlarında işləyəcək.

Funksiyanın kütləvi istifadəyə veriləcəyi dəqiq vaxt barədə heç nə məlum deyil.