Wi-Fi-ın bilmədiyiniz ziyanları

media-hightechnic-468x90

İnternet insan həyatının ayrılmaz hissəsinə çevrilib.

media-banner_tuq

Bir çox evlərdə Wi-Fi quraşdırılıb. Wi-Fi routerin şüalarının miqdarı az olsa da, araşdırmalar göstərib ki, bu şüaların orqanizmdə toplanması mümkündür. Alimlərin fikrinə görə, şüaların toplanması insanın əhvalına və sağlamlığına mənfi təsir edə bilər.

Alimlər Wi-Fi-dan müntəzəm olaraq istifadə edən insanlarda bu kimi pozulmaların mümkün olduğunu qeyd edirlər:

– Baş beyini

Kəllədaxili təzyiqin qalxması, trombların və digər təhlükəli patologiyaların inkişafı.

– Sinir sistemi

Apatiya, halsızlıq, yuxululuq, iş qabiliyyətinin azalması.

– Kişi sağlamlığı

Cinsi həvəsin və potensiyanın azalması, spermanın keyfiyyəninin aşağı düşməsi.

– Uşaqlar

Uşaqların inkişafda olan orqanizmi üçün bu şüalar daha ziyanlı sayılır.

– Hamilə qadınlar

Mütəxəssislər hamilə qadınlara Wi-Fi şüalarından uzaq olmağı, İnternetdən az istifadə etməyi tövsiyə edirlər.

Alimlər Wi-Fi şüalarının orqanizmə olan mənfi təsirini azaltmaq üçün Wi-Fi routeri uşaq və yataq otaqlarından uzaqda yerləşdirməyi, gecə saatlarında routeri söndürməyi tövsiyə edirlər./medicinform/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05