Xabi Alonsonun təqdimat mərasimi keçirildi - FOTO
“Real Madrid” Xabi Alonsonun komandaya baş məşqçi təyin olunduğunu rəsmən elan edib.
Yenicag.az xəbər verir ki, ispan mütəxəssisin müqaviləsi 2028-ci il iyunun 30-na kimi nəzərdə tutulub.
Müqavilə 2025-ci il iyunun 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, Alonsonun son iş yeri 2022-ci ilin oktyabr ayından rəhbərlik etdiyi “Bayer Leverkuzen” olub. Burada işləməmişdən əvvəl mütəxəssis “Real Madrid”in gənclər sistemində çalışıb.
Alonso futbolçu karyerası ərzində 2009-2014-cü illərdə “Real Madrid”də çıxış edib. Bu müddətdə o, bütün turnirlərdə 236 oyun keçirib, 6 qol vurub və 31 məhsuldar ötürmə verib.