Xaçmazda narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanıldı

media-hightechnic-468x90

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Elman Çobanovu saxlayıblar.

Yenicag.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Quba regional verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin rayonun İdris-oba kəndində həyətyanı sahəsində dibçəklərdə əkib yetişdirdiyi 34 ədəd yaş vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Çobanovun barəsində həbs qətimkan tədbiri seçilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600