Xalq artisti göz yaşlarına boğuldu: “Çox ağır itkidir”
“Arif Babayev Azərbaycan mədəniyyəti üçün hər şey etdi. Bütün Azərbaycan xalqının başı sağ olsun. Bu, çox ağır itkidir.”
Bunu Yenicag.az-a açıqlamasında xalq artisti Nəzakət Teymurova göz yaşları içərisində deyib.
Ustadının vəfatından sarsıldığını ifadə edən xalq artisti, Arif Babayevin hər zaman ürəklərdə yaşayacağını vurğulayıb:
“Arif Babayev muğam sənətini hər zaman zirvələrdə görmək istəyirdi. Böyük sənətkar olmaqla yanaşı, o, həm də böyük ürəkli bir şəxsiyyət idi. Onu sevməyən insan yoxdur, çox sevilən bir sənətkardı. Gənclərə, səsi və sənəti olanlara hər zaman dəstək göstərirdi. Arif Babayev elə bir sənətkardır ki, o, hər zaman bizim ürəklərimizdə yaşayacaq. Mənim üçün danışmaq çox çətindir, ustadım haqqında keçmiş zamanda danışmaq istəmirəm. Arif Babayev Azərbaycan mədəniyyəti üçün çox şey etdi. Bütün Azərbaycan xalqının başı sağ olsun. Bu, çox ağır itkidir.”
Cəvahir