Xalq artisti onları TOPA TUTDU: “Yekə kişilər arvad kimi qeybət edirlər”

media-hightechnic-468x90

“Son vaxtlar yekə-yekə kişilər və yekə-yekə arvadlar, yaşayan və yaxud dünyasını dəyişmiş tanınmışlar haqqında sosial şəbəkələrdə ağızlarına gələni yazırlar”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktyor, Xalq artisti Yasin Qarayev deyib.

Aktyor  sosial şəbəkələrdə qeybət və başqalarının şəxsi həyatını müzakirə edən insanlarla bağlı sərt fikirlər səsləndirib:

“Bəzi adamlar “mən filankəslə təmənnasız dostam” deyirlər. Mən şəxsən bu fikrin qəti əleyhinəyəm. Fikrimcə, təmənnalı dost olmaq lazımdır. Təmənnalı dostluq odur ki, dostum olmayanda dostun haqqında qeybət edən adamın cavabını verib, yerindəcə oturdasan. Bu, artıq olur təmənnalı dostluq. Yaxud da mən olmayanda mənim qeybətimi edənin dostum həmin adamın yerindəcə cavabını verməlidir. Əsl dostluq buna deyərəm”.

“Son vaxtlar yekə-yekə kişilər və yekə-yekə arvadlar, yaşayan və yaxud dünyasını dəyişmiş tanınmışlar haqqında sosial şəbəkələrdə ağızlarına gələni yazırlar. Əvvəl, tanıdığın sağ adam haqqında sözün var, kəs qabağını, sözünü üzünə de. Qaldı dünyasını dəyişmiş adama, onun haqqında söz deməyi isə mən günah iş sayıram. Sağ deyil ki, sənin cavabını verə. Müdriklər belələrinə “goreşən” deyillər. Ataların yaxşı sözü var: “qeybət qorxanların intiqamı, paxıllığın da silahıdır”. Qeybəti iki tərəf həyata keçirir: qeybəti edənlər və qeybəti yayanlar. Keçmişdə, elə indi də, kişinin qeybət etməyi “kişilik” sayılmazdı. Sosial şəbəkələrdə şəxsiyyəti təhqir etmək və nüfuzdan salmaq barədə mükəmməl qanunlarımız var ki, şər-böhtan və qeybətə qarşı məruz qalan hər bir şəxs bu qanunlardan istifadə edə bilər”.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa