!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artistindən koronavirusdan qorunmaq üçün MƏSLƏHƏT: "Hər 15 dəqiqədən bir..."

!Reklam – Yazi

Xalq artisti, tanınmış aktrisa Xalidə Quliyeva koronavirusdan qorunmaq üçün xüsusilə qida rasionuna diqqəti artırdığını və tez-tez su içdiyini bildirib.

Yenicag.az-a açıqlama verən aktrisa immun sisteminin gücləndirilməsi üçün bunlara əməl etməyin vacib olduğunu söyləyib:

“İmmun sistemini gücləndirən qidalardan bol istifadə edin. Hər on beş dəqiqədən bir su için ki, boğazınız qurumasın. Həm də su virusu yuyub aparır. Bu mütləqdir. Bir də panikaya düşməyin, çünki qorxu hissi bədəninizin təbii müqavimətini azalda bilər. Əsas odur ki, səbrli olun və evdən bayıra çıxmayın».

Aktrisa dəvət aldığı film çəkilişlərinin də ölkədə tətbiq olunan izolyasiya tədbirləri və karantinlə əlaqədar təxirə salındığını bildirib.

Cəvahir

www.yenicag.az

1051
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv