Xalq artistindən SƏRT REAKSİYA: “Danışanda etikanı gözlə”
“Belə insanları əslində efirə qoymaq lazım deyil”.
Yenicag.az xəbər verir ki, bu sözləri xalq artisti Simarə İmanova “Evdəkilərə salam” verilişində deyib.
O, özünü muğam bilicisi kimi göstərən bəzi müğənnilərə səslənib:
“Muğama aid olmayan insanlar muğam haqqında elə böyük-böyük danışırlar. Çox xahiş edirəm, etikanı gözləyin, insan danışanda öz danışığına fikir verməlidir. Biz sənətə gələndə gündəm fikirləşməmişik. Ancaq öyrənmək barədə düşünmüşük. Tələbələrimə də həmişə deyirəm, çalışın, bu gün öyrənin. Sabah ailə quranda uşaqlar, ailənin problemləri çətin olacaq. Vaxtınız varsa, fürsətdən yararlanın.
O insanlar danışanda bilməlidir ki, nə danışırlar. Çalışın, o etikanı gözləyin. Belə insanları, əslində, efirə qoymaq lazım deyil. Kiçik bir şey oxuyub, “mən muğamı bilirəm” demək olmaz”.
Nehru