!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq yazıçısından xaricdə azərbaycanlılara hücum edən erməni təxribatçılara REAKSİYA: "Alçaq niyyətləri ilə polisə də..."

!Reklam – Yazi

“Ermənilərin bütün dünyada fəaliyyət göstərən diasporaları çox güclüdür. Hər cür çirkin təxribata əl ataraq, özlərinin təbliğatlarını aparırlar. Hətta alçaq niyyətləri ilə polisə də təsir göstərirlər. Buna görə də biz xarici ölkələrdəki diasporalarımızın gücünü artırmalı, onlara dəstək olmalıyıq. Artıq səsimizi dünya ictimaiyyətinə çatdıra bilirik”.

Bunu Yenicag.az-a açıqlamasında xalq yazıçısı Natiq Rəsulzadə erməni işğalçılarının xarici ölkələrdə aksiyalar keçirən həmvətənlərimizə qarşı törətdikləri təxribat və hücumlara münasibət bildirərkən deyib.

Yazıçı bildirib ki, belə bir vaxtda erməni faşistlərinə qarşı gücümüzü birləşdirməliyik:

“Zaman var şairlər, yazıçılar, zaman da var əsgərlər zamanıdır. Bu gün əsgərlərin zamanıdır. Peşəsindən asılı olmayaraq, hər birimiz Azərbaycanın mübariz əsgəri olmalıyıq.
Ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xalqa müraciətində gözəl bir ifadə işlətdi ki, kompüter arxasında da internetə qoşularaq oradan mübarizəmizi apara bilərik.

İstər döyüş meydanında, istərsə də virtual dünyada gücümüzü səfərbər edərək, erməni faşistinə qalib gəlməliyik”.

Cəvahir

www.yenicag.az

3255
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv