Xanəndə KİMƏ SƏSLƏNDİ: "Pul qazanırsınızsa, qazanın, amma çıxıb efirdə deməyin ki..."
“Çörək qazanırsınızsa, qazanın, amma çıxıb efirlərdə “mən sənətkaram” deməyin.”
Yenicag.az xəbər verir ki, bu sözləri xanəndə Firuz Səxavət “Tarixin bir günü” verilişində deyib.
O, sənəti olmayan, özünə “sənətkar” deyən ifaçılara səslənərək iradını bildirib:
“Allah rəhmət eləsin, müğənni Səməd Səmədovun bir sözünü eşitmişdim, çox xoşuma gəlmişdi. Dedi ki, bu gün şərait yaranıb, biz çörək qazanırıq, pul qazanırıq. Amma bu, o demək deyil ki, biz sənətkarıq. Gözəl insan idi, bunu özü etiraf edirdi. Yəni bu gün bir çoxlarına şərait yaranıb, çörək qazanırsınız, pul qazanırsınız, lap yaxşı, qazanın, amma “mən sənətkaram”, “elə oxuyuram”, “belə oxuyuram” deməyin. Bu, düzgün deyil.”
Nehru












