Reklam: High Technic
hightechnic

Xanımının ölümünə dözməyən məşhurla bağlı TÜKÜRPƏDƏN FAKT: “Deyirdi onsuz yaşamayacam”

Xəbər verdiyimiz kimi, bu gecə tanınmış kinoşünas, dramaturq, əməkdar incəsənət xadimi Aydın Dadaşov dünyasını dəyişib. Kinoşünas bu gün saat 12.00 da dəfn olunacaq.

Yeniçağ.az- Aydın Dadaşovun oğlu Orxan Dadaşzadə ilə əlaqə saxlayıb. Orxan atası ilə bağlı maraqlı faktlar açıqlayıb:

“Atam xəstə deyildi, qəfildən infarkt keçirtdi. Gecə halı pisləşib, mənə zəng elədi ki, tez yanıma gəl. Özümü çatdırdım… Bu barədə danışmaq mənə çox ağırdır (ağlayır). Anam onu dalınca apardı. Yeddi ay əvvəl anamı itirmişdik. İndi də atam getdi. Atam həmin vaxt qəza keçirtmişdi. O ağır günlərində anam bir dəqiqə də olsun onun başı üzərindən çəkilmədi. Anam həkim idi, atamı sağaldıb ayağa qaldırdı, özü dünyasını dəyişdi. Təsəvvür edin, atam ayağa qalxan gün onu son mənzilə yola saldı. Elə deyirdi ki, mən onsuz yaşamayacam. Elə dediyini də elədi. Atam anamı həddən artıq çox sevirdi və həyatını onsuz təsəvvür etmirdi. Yeddi ayın icində iki ağır itki yaşamaq dəhşətdir”.

Qeyd edək ki, A.Dadaşovun iki qız və bir oğul övladı var.

Cəvahir Səlimqızı
Yeniçağ.az

www.yenicag.az

245