!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xankəndi yolunda etiraz aksiyası keçirən fəalların haqlı tələbləri artdı - YENİLƏNDİ / CANLI YAYIM

!Reklam – Yazi

Xankəndi yolunda etiraz aksiyası keçirən azərbaycanlı fəalların haqlı tələbləri genişlənib. 

Yenicag.az xəbər verir ki, bunadək ekofəallar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə yerləşən “Qızılbulaq” və “Dəmirli” yataqlarının qanunsuz istifadəsinin qarşısının alınmasını və həmin yataqlarda monitorinqlərin aparılmasını tələb edirdilər.

Bu gün isə fəallar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə yerləşən bütün yataqlarda monitorinqlərin keçirilməsini tələb edirlər.

*** 11:05

Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirilən əraziyə Rusiya sülhməramlıları tərəfindən üç ədəd səsgücləndirici gətirilib. 

Onların bunu hansı məqsədlə etdiyi hələlik məlum deyil.

*** 09:20

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq dörd gündür ki, davam edir.

“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, dekabrın 12-si səhər saatlarından başlayan aksiya gecə boyu da davam edib.

Etiraz aksiyası keçirən azərbaycanlı aktivist və QHT nümayəndələri ötən axşam da ərazidə quraşdırılan çadırlarda gecələyiblər.

Aksiya iştirakçıları mədənlərin qanunsuz istismarı, ekoloji terror, Ruben Vardanyanın pozucu, təxribatçı, talançı fəaliyyəti, Ermənistan ordusunun qalıqlarının Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı şüarlar səsləndirirlər.

Onlar həmçinin Laçın yolu vasitəsilə dinc erməni əhalisinə məxsus mülki maşınların, təcili yardım maşınlarının keçidinə şərait yaratmağa hazır olduqlarını hər dəfə çağırışlarında bəyan edirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

www.yenicag.az

545
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv