!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xankəndidə 32 ildən sonra toy olacaq - FOTO

!Reklam – Yazi

21 sentyabr uzun illərdən sonra Xankəndidə azərbaycanlıların toy mərasiminin keçirildiyi tarix olaraq yadda qalacaq.

Modern.az xəbər verir ki, bu gün gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü Fərhad Kərimlinin toyudur. Onun Rəvanə adlı xanımla toy mərasimi Xankəndidəki “Meydan” restoranında keçiriləcək.

Məlumatı saytımıza bəyin ailə üzvləri veriblər.

Qeyd edək ki, bu gün evlənən Fərhad Kərimli bir müddət öncə hərbi xidmətini başa vurub. Kərimlilər ailəsi Şuşada yaşasalar da, toyu Xankəndidə etmək qərarına gəliblər.

Onlar bu ilin mayında Şuşaya köçüblər. Ailə Şuşada 4 otaqlı mənzillə təmin olunub.

Xankəndi şəhəri 26 dekabr 1991-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 32 ildən sonra -2023-cü ilin sentyabr ayın 20-də keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycan Ordusu Xankəndi şəhərinə nəzarəti təmin edib. Beləliklə, bu Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.

COP29

www.yenicag.az

216
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv