Son bir həftə ərzində Xankəndi, Xocalı və Xocavənddə külli miqdarda silah-sursat aşkar edilib.
Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, 25-31 may tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisində 41 avtomat silahı, 6 tapança, 8 tüfəng, 45 qumbara, 5 mərmi, 60 alışdırıcı, 125 patron darağı, 16323 ədəd müxtəlif çaplı patron, 29 ədəd süngü-bıçaq, 4 rabitə vasitəsi və digər sursatlar aşkarlayıb.
Xocalı və Xocavənd rayonları ərazisindən isə ümumilikdə 2 avtomat silahı, 57 qumbara, 9 mərmi, 22 alışdırıcı, 56 patron darağı, 9560 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
www.yenicag.az