İşğaldan azad edilən Xankəndi şəhərində yol kənarında Azərbaycan dilində qoyulmuş Xankəndi lövhəsi ilə bağlı foto yayılıb.
Yenicag.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli sorğumuza cavab olaraq bildirib ki, Azərbaycan Respublikasının ərazisində yerləşən yeni inşa edilmiş və mövcud olan bütün avtomobil yollarının kənarlarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yaşayış məntəqələrimizi və bu məntəqələrə qədər olan məsafəni bildirən məlumatverici lövhələr quraşdırılır və zərurət yarandıqca da quraşdırılacaq.
www.yenicag.az