Xanlar Vəliyevin "TƏRTƏR İŞİ" ETİRAFI: "Bu işin başında duran şəxslərdən kim hansı cəzanı alıb?" - SUAL

media-hightechnic-468x90

“Günahı olan şəxslər necə olur ki, cəzasız qalır?”

Bunu Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin “Tərtər işi” ilə bağlı ilk dəfə açıqlama verərək fiziki zorakılıq hallarının olmasını etiraf etməsinə münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

Ədalət Verdiyev bildirib ki, Xanlar Vəliyevin bu mövzuda açıqlama verməsi təqdirəlayiq haldır:

“Burada bir məqam diqqət çəkəndir. Xanlar Vəliyev deyir ki, günahı olmayan şəxslərə də cəza verilib, biz də bəzilərini saxladıq, sonra gördük ki, günahları yoxdur, azad etdik.

Burada ictimayəti maraqlandıran məsələ bunu təşkil edən, əmr verən şəxslərin cəzasız qalmasıdır. Bu işin başında duran şəxslərdən kim hansı cəzaları alıb? Bu sualın cavabı səslənən kimi məsələ bağlanacaq”.

Səxavət Məmməd

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600