“Kitab sərgisinin keçirilməsi artıq ənənəyə çevrilib və yüksək səviyyədə təşkil olunur”.
Yenicag.az xəbər verir ki, bu fikirləri V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışını dəyərləndirən baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev deyib.
Xalq yazıçısının fikrincə, kitab nəşri və kitaba münasibət istənilən millətin mədəni-intellektual səviyyəsinin göstərici sayılmalıdır:
“Əlamətdar haldır ki, bu gün 5-ci dəfə keçirilən bu sərginin təşkili artıq ənənə halını alıb.
Yerli və təqribən 40 ölkədən gəlmiş təmsilçilərin iştirakı ilə baş tutan bu sərgidə həqiqətən, bayram ab-havası yaranıb.
Belə sərgilər xalqların mədəni, tarixi, ədəbi irsini təqdim etməklə yanaşı həm də mədəni-intellektual səviyyəni nümayiş etdirir.
Kitablardan danışarkən qeyd etməliyik ki, xaricdə çap olunan yazıçılarımızın sayı artmaqdadır və bu, bizi sevindirir”.
www.yenicag.az