!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Xaricdən onlayn narkotik alaraq satan şəxslər yaxalandı

Xarici ölkə vətəndaşından onlayn yolla narkotik alıb, satışını həyata keçirən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər ifşa edilib. Daxil olmuş məlumatla əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuşlar Turqut Fətəlizadə, Fəyaz Hüseynov və Nüsrət Mustafayev şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı T.Fətəlizadənin üzərində daşıdığı sellofan torbaya baxış keçirilərkən 2 kq 515 qr qurudulmuş marixuana, 205 qram heroin, 352 qram tiryək, 100 qram metamfetamin (“patı”) və 79 ədəd metadon həbləri aşkarlanaraq maddi sübut kimi götürülüb.

Araşdırma zamanı həmin şəxslərin narkotik vasitələri və psixotrop maddəni xarici ölkələrdən birinin vətəndaşından onlayn yolla aldıqları məlum olub. Belə ki, Fəyaz Hüseynov tanışı Turqut Fətəlizadə ilə telefonla əlaqə saxlayaraq həmin xarici ölkə vətəndaşının Göyçay rayonu Qarayazı kəndi ərazisində narkotik gizlətdiyini bildirib və onu götürüb aralarında bölməyi təklif edib. Bu məqsədlə Turqut tanışı Nüsrət Məmmədovla birgə Şamaxı rayonuna gəlib və burada Fəyaz Hüseynovla görüşdükdən sonra birgə Göyçay rayonuna gediblər.Narkotiki əvvəlcədən bildikləri yerdən götürüb, öz aralarında bölərkən polis əməkdaşları tərəfindən elə iş başında yaxalanıblar. Onlar saxlanılarkən müqavimət göstərməyə çalışsalar da, polislərin çevikliyi nəticəsində zərərsizləşdirilərək şöbəyə gətiriliblər.

Faktla bağlı polis şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.yenicag.az

93
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100