Xaricə qaçan prezidentin istefası ölkəni qarışdırdı – 1 ölü, 84 yaralı

media-hightechnic-468x90

Xəbər verdiyimiz kimi, Şri-Lanka prezidenti vəzifəsindən istefa verdiyini elektron poçt vasitəsilə təsdiqləyib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, iqtisadi böhrandan sonra Şri-Lankada baş qaldıran etirazlar səbəbindən Sinqapura qaçan prezident Qotabaya Rajapaksanın elektron poçt vasitəsilə Şri-Lanka parlamentinin sədrinə istefa məktubu göndərdiyi açıqlanıb.

Rajapaksanın Sinqapura qaçışından az sonra e-mail-lə göndərilən məktubun qəbul edilib-edilməyəcəyi hələlik bəlli deyil.

Baş nazir Ranil Vikremesinqenin 30 günlük müvəqqəti prezident təyin edilməsindən sonra ölkədə gərginlik yenidən artıb və etirazçılar baş nazirin ofisinə basqın ediblər.

Səngiməyən nümayişlər zamanı 1 nəfərin öldüyü, 84 nəfərin yaralandığı açıqlanıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05