Xaricə qaçmağa çalışan 10 FETÖ üzvü ələ keçdi

media-hightechnic-468x90

Türkiyənin İzmir vilayətinin Çeşmə rayonu ərazisinin Alaçatı körfəzində həyata keçirilən “Qısqac-21” əməliyyatı nəticəsində qanunsuz yollarla xaricə qaçmağa cəhd edən 10 FETÖ üzvü saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya bildirib.

Nazirin sözlərinə görə, terrorçular “Asteri” adlı qayıqda ələ keçiriliblər.

Əməliyyat Türkiyənin Sahil Mühafizə Xidmətinin Egey Dənizi Regional Komandanlığı, Milli Kəşfiyyat Təşkilatının (MİT) İzmir bölgəsi üzrə baş idarəsi və İzmir Jandarma Komandanlığının koordinasiyasında həyata keçirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600