“Xarici filmlərdə normal olan söyüşü biz eşitmək istəmirik” – Ramin Hacıyev

media-hightechnic-468x90

“Xarici filmlərdə söyüş və qeyri-etik ifadələrdən istifadə etmək normal hal sayılsa da, bizdə yanaşma fərqlidir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında rejissor Ramin Hacıyev deyib.

Rejissor son vaxtlar çəkilən film və seriallarda istifadə olunan söyüş və qeyri-etik ifadələrlə bağlı sualımızı cavablandırıb:

“Xarici filmlərdə söyüş və qeyri-etik ifadələrdən istifadə etmək normal hal sayılsa da, bizdə yanaşma fərqlidir. Çünki biz xalq olaraq bir az özümüzə qarşı çox həssasıq, söyüş eşitmək istəmirik”.

“Hər kəsin öz səbəbi var”, deyən rejissor həmkarlarının, eləcə də ssenaristlərin filmin təsirli və əsasən təbii olması məqsədi ilə belə vasitələrdən istifadə etdiyini bildirib.

“Özünüz necə, çəkdiyiniz ekran işlərində söyüş və qeyri-etik ifadələrdən istifadə edirsiniz” sualına isə Raminin cavabı belə oldu: “Qətiyyən. Buna uyğun sinonim tapıram”.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa