Xarici işlər naziri istefa verib

media-hightechnic-468x90

img2004364Fransanın xarici işlər naziri Loran Fabius istefa verib.

Məlumata görə, Fransa prezidenti Fransua Olland onu əvəz edəcək şəxsin adını bu gün açıqlayacaq.

Xəbərə əsasən, Loran Fabius Fransa Konstitusiya Məhkəməsinin sədr təyin ediləcək.
Qeyd edək ki, ötən ayın sonunda müstəntiqlər Loran Fabiusun oğlu Tom Fabiusu dələduzluq və çirkli pulların yuyulması işi ilə bağlı dindirib.

Söhbət 2013-cü ildə yüksək vəzifəli diplomatın oğlunun gəlir mənbələrini müəyyən etmək məqsədilə açılan cinayət işindən gedir. Müstəntiqləri xüsusi olaraq Tom Fabiusa məxsus olan və 2012-ci ildə 7 milyon avroya alınan Parisdəki mənzil maraqlandırıb.
Bu işlə bağlı fransalı nazirin oğlu dekabr ayının ortalarında 12 saat müddətinə həbs olunub.(report)

media-ziraat-728x90

Xarici işlər naziri istefa verib

media-hightechnic-468x90

606aa4fc2e1499a89e1b513dc20fc640Bu gün Gürcüstanın xarici işlər naziri Maya Pancikidze fövqəladə brifinq keçirərək vəzifəsindən istefa verdiyini açıqlayıb.

M. Pancikidze hakimiyyətdəki “Gürcü Arzusu” koalisiyasını tərk etdiyini də bildirib. Onunla birlikdə nazir müavinləri David Zalkaliani, Vladimir Qurgenidze, Tamara Beruçaşvili və David Calaqaniya da istefaya gediblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600