Xarici prodüserlər Azərbaycanda film istehsalına cəlb ediləcək

media-hightechnic-468x90

Azərbaycanda kinematoqrafiyaya dövlət himayəsinin əsas formaları genişləndiriləcək.

Yenicag.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Kinematoqrafiya haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, xarici prodüserləri Azərbaycan Respublikasının ərazisində film istehsalına cəlb etmək üçün təşviqedici tədbirlərin həyata keçirilməsi kinematoqrafiyaya dövlət himayəsinin əsas formaları siyahısına əlavə ediləcək.

Belə ki, dəyişikliklə xarici prodüserlərin ölkə ərazisində film istehsalına cəlb edilməsi dövlət siyasətinin ayrıca istiqaməti kimi təsbit olunacaq. Bu, ölkənin beynəlxalq kino bazarına inteqrasiyasına və mədəni diplomatiyanın inkişafına xidmət edəcək.

Bununla bağlı qanuna aşağıdakı yeni anlayışlar daxil ediləcək:

  • Film istehsalı – film çəkilişinə hazırlıq, film çəkilişi və film çəkilişinin tamamlanması mərhələlərini özündə əhatə edən proses;

  • Film çəkilişinə hazırlıq – filmin ideyasının yaranması, ssenarisinin yazılması və digər inzibati-texniki məsələlərin həlli;

  • Film çəkilişi – filmin bilavasitə daşıyıcıya çəkilişini təmin edən fəaliyyətlər;

  • Filmin çəkilişinin tamamlanması – redaktə, vizual, səs və rəng işləmələri, effekt və qrafik tərtibat prosesi;

  • Xarici prodüser – əcnəbi, vətəndaşlığı olmayan şəxs və ya xarici hüquqi şəxs olan prodüser.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05